“Yuventus”da milli üzvü ilə bağlı qərar verildi
“Yuventus” klubu futbolçusu Federiko Bernardeski ilə yollarını ayırmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunun ümidlərini doğrultmur. “Yuventus” rəhbərliyi Bernardeski ilə yollarını ayırmağı düşünür və onun üçün gələcək təklifləri dəyərləndirəcək.
Bu mövsüm “qoca sinyora” ilə A Seriyasında 26 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalan Bernardeskinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bernardeski İtaliya milli komandasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin