“Yuventus” kapitan sarğısını fransalıya vermək istəyir
“Yuventus” yarımmüdafiəçi Adrien Rabionu komandada saxlamaq istəyir.
Komanda.az “Tuttojuve”-yə istinadən xəbər verir ki, bunun üçün Turin klubu onu komandanın kapitanı etməyə hazırdır. Klub rəhbərliyi fransalı futbolçuya “qoca sinyora” üçün nə qədər vacib olduğunu göstərmək istəyir.
28 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm 7 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin