“Yuventus”un Rabiotla bağlı planı
“Yuventus” yarımmüdafiəçi Adrien Rabiotla yeni, uzunmüddətli müqavilə üzərində işləyir.
Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, noyabr ayında müqaviləni müzakirə etmək üçün “Yuventus”un direktorlar şurasının futbolçu ilə görüşü planlaşdırılır.
28 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm 7 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin