İtaliya nəhəngi Firmino üçün təklif göndərdi

“Yuventus” braziliyalı hücumçu Roberto Firmino üçün “Liverpul”a təklif göndərib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu 30 yaşlı braziliyalını 20 milyon funt-sterlinqə transfer etmək istəyir.

Firminonun “Liverpul”la müqaviləsi 2023-cü ilin iyununda başa çatır. O, ötən mövsüm “Liverpul”la bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button