“Yuventus” MY ilə 2 futbolçunun transferini müzakirə edib

“Yuventus” “Mançester Yunayted”lə iki hücumameyilli futbolçunun transferini müzakirə edib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, söhbət Ceydon Sanço və Meyson Qrinvuddan gedir.

“Yuventus”un idman direktoru Kristiano Gintoli eyni anda iki futbolçunun transferini müzakirə edib. Ən çox ehtimal olunan sövdələşmə ötən mövsümü “Xetafe”də icarə əsasında keçirmiş Qrinvudla bağlı görünür. Sançonun “Yuventus”un ödəyə bilməyəcəyi böyük maaşı var. Bununla belə, icarə variantı mümkündür. Belə ki, bu o halda mümkündür ki, o, illik maaşının bir hissəsini “Mançester Yunayted”dən alsın.

Sanço ötən mövsümün ikinci hissəsini icarə əsasında Dortmund “Borussiya”sında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button