“Yuventus” Ermənistanda akademiya və stadion inşa edəcək

İtaliyanın aparıcı futbol klublarından olan “Yuventus” öz futbol akademiyalarının şəbəkəsini genişləndirmək niyyətindədir.

Komanda.az “Armenpress” agentliyinə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi Ermənistanda yeni akademiyalar və UEFA standartlarına cavab verən stadion inşa etməyi planlaşdırır.

Layihənin təqdimat mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Tədbirə “Yuventus”un sabiq futbolçularından David Trezeqe və klub rəhbərlərindən Davide Fornaka qatılıb.

“Yuventus”un Ermənistanda həyata keçirəcəyi akademiya layihələri ictimaiyyətə təqdim olunub. Klub ölkədə futbolun inkişafına töhfə vermək məqsədilə müasir və beynəlxalq standartlara uyğun stadionun tikintisini də nəzərdə tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button