“Yuventus” dünya çempionunu transfer etmək istəyir

“Atletiko”nun müdafiəçisi Nahuel Molina karyerasını “Yuventus”da davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi argentinalı futbolçunu əsas transfer hədəfi kimi müəyyən edib.

“Atletiko” 27 yaşlı oyunçunun satışından 25-30 milyon avro arası gəlir əldə etməyi planlaşdırır. Dünya çempionunun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Molina son mövsümdə Dieqo Simeonenin rəhbərlik etdiyi komandada bütün turnirlər daxil olmaqla 46 oyunda iştirak edib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button