“Yuventus” Dibaladan əlini üzüb
“Yuventus”un baş direktoru Maurisio Arrivabene Paulo Dibala ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, 28 yaşlı hücumçunun “Yuventus”un gələcək planlarında yer almadığını bildirib:
“Dibala artıq “Yuventus”un planlarının mərkəzində dayanmır. Onun oyun səviyyəsi ilə bağlı müzakirə aparıla bilməz. Amma hər zaman başqa seçimlər var və edilib. Paulo ilə ciddi şəkildə görüşdük. İndi artıq komandada Duşan Vlahoviç var. Geridə qalan qış transfer pəncərəsində “Yuventus”da bəzi şeylər dəyişdi”.
Dibala 2015-ci ildən “Yuventus”da oynayır. Onun klubla sözləşməsi cari mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin