“Yuventus” Depaydan imtina etdi – rəsmi açıqlama
“Yuventus”un vitse-prezidenti Pavel Nedved Turin klubunun “Barselona”nın hücumçusu Memfis Depaydan imtina etdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, “qoca sinyora” “Marsel”in hücumçusu Arkadiuş Milikin xeyrinə seçim edib.
“Depay “Yuventus”un maraq dairəsində idi, lakin biz Miliki seçdik. Arkadiuşun bizə uyğun keyfiyyətləri olduğuna inanır və ondan qollar gözləyirik. Biz Milikə inanırıq və onunla hər şey yaxşı olacaq” – deyə, Nedved bildirib.
A Seriyasının 2 turundan sonra Turin klubu 4 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin