
İtaliya klubu da Antoni uğrunda mübarizəyə qoşulub
“Betis”in vingeri Antoni İspaniyadakı çıxışı ilə Avropa futbolunda böyük klubların diqqətini çəkib.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Yuventus” braziliyalı futbolçu uğrunda mübarizəyə qoşulub.
“Betis” 24 yaşlı oyunçunu yanvarda “Mançester Yunayted”dən icarəyə götürüb. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.
Daha əvvəl mətbuatda Antoni ilə “Bayern”in maraqlandığı deyilirdi. Onun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilə qədərdir.
Antoni “Betis”in heyətində 6 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin