
Ronaldo – Çempionlar Liqasında 1-ci
“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Bayer”i məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, portuqaliyalı hücumçu Çempionlar Liqasında ümumilikdə 102-ci qələbəsini qazanıb.
Ronaldo, bununla da, Çempionlar Liqası tarixində ən çox qələbə qazanan oyunçu olub. Onun ən yaxşı izləyicisi isə “Portu”nun üzvü İker Kasilyasdır. İspan qapıçının ÇL-də 101 qələbəsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin