İtaliya klubu Sterlinqi transfer etmək istəyir
“Çelsi”nin vingeri Rahim Sterlinq transfer pəncərəsi bağlanana qədər klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqanın ilk turunun “Mançester Siti” ilə matçı üçün heyətə daxil edilmədiyindən, onun nümayəndələri kluba açıq şəkildə müraciət edərək, vəziyyətin aydınlaşdırılmasını tələb ediblər.
Sterlinqin “Çelsi”dəki gələcəyi indi qeyri-müəyyən görünür.
“Yuventus 29 yaşlı futbolçu ilə maraqlanır. Turinlilər yay transfer dövrü bitməmiş danışıqlara başlaya bilərlər. Ancaq onun yüksək maaşı səbəbindən razılığa gəlmək asan olmayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin