“Yuventus” bu yay Kyezadan qurtula bilməsə…
“Yuventus” hələ də bu transfer pəncərəsində hücumçusu Federiko Kyezanı satmaq istəyir.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubu bu yay italiyalı futbolçudan qurtula bilməsə, rəhbərlik onu uzunmüddətli layihəsinin bir hissəsinə çevirməyə çalışacaq.
Kyezanın müqaviləsi bir ildən sonra başa çatır. Hücumçu bu yay komandada qalsa, rəhbərlik ona yeni müqavilə təklif edəcək.
26 yaşlı forvardla “Arsenal” və “Tottenhem”lə maraqlanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin