“Yuventus” braziliyalıya yeni müqavilə təklif edəcək
“Yuventus” klubu futbolçusu Danilo ilə müqaviləni uzatmaq niyyətindədir.
Komanda.az “Football İtalia”ya istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi braziliyalı futbolçuya 2026-cı ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə təklif etmək istəyir.
30 yaşlı müdafiəçi də “qoca sinyora” ilə yeni müqaviləyə müsbət yanaşır.
Danilo 2019-cu ilin yayında 37 milyon avroya “Mançester Siti”dən “Yuventus”a keçib. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir. O, cari mövsümdə turinlilərin heyətində 22 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin