
Antoni İtaliya çempionatında oynaya bilər
“Betis”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in vingeri Antoni karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə “Yuventus” maraqlanır.
“Qırmızı şeytanlar” Antoni üçün 40-50 milyon avro təklif etsələr, onunla ayrılmağa hazırdır.
25 yaşlı futbolçu bu mövsüm sevilyalıların heyətində 22 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin