“Yuventus”un nümayəndələri braziliyalı futbolçunun agenti ilə görüşəcək
“Yuventus” 30 milyon avrodan bir qədər çox qiymətləndirilən “Portu”nun hücumçusunun transferini başa çatdırmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət braziliyalı futbolçu Venderson Qalenodan gedir.
Turin klubunun nümayəndələri müqavilənin şərtlərini müzakirə etmək üçün bu gün Qalenonun agenti ilə görüşəcək. Hər şey qaydasında getsə, “Yuventus” yalnız “Portu” rəhbərliyi ilə təzminat məbləğini razılaşdırmalıdır.
26 yaşlı futbolçu Portuqaliya çempionatının son mövsümündə 31 matçda 9 qol vurub, 7 məhsuldar ötürmə verib. O, əvvəllər “Braqa”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin