Braziliyalı futbolçu “Yuventus” üçün tibbi müayinədən keçəcək

“Yuventus” “Aston Villa”dan komandaya keçməyə yaxın olan yarımmüdafiəçi Duqlas Luis üçün tibbi müayinə təyin edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu gün prosedurdan keçəcək. Onun Turin klubu ilə 2029-cu ilə qədər olan müqavilə imzalayacağı gözlənilir.

“Arsenal” bir neçə il əvvəl yarımmüdafiəçini almağa çalışsa da, keçid baş tutmamışdı.

“Aston Villa”nın 26 yaşlı futbolçu üçün 20 milyon avro təzminat alacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button