“Yuventus” braziliyalı müdafiəçi üçün hərəkətə keçib

“Yuventus” PSJ-nin müdafiəçisi Lukas Beraldonun transferinə ciddi şəkildə maraq göstərir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi braziliyalı futbolçunun keçidi üçün hərəkətə keçib.

Beraldonun transfer qiyməti təxminən 25 milyon avro dəyərləndirilir. Onun PSJ ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.

21 yaşlı müdafiəçi Fransa çempionatının yeni mövsümündə bir oyunda iştirak edib. Ötən mövsümdə isə bu göstərici 25 oyun, 1 qol və 1 məhsuldar ötürmə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button