
“Yuventus” braziliyalı futbolçu ilə yollarını ayıracaq
Yarımmüdafiəçi Duqlas Luis “Yuventus”a uyğun deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər yay transfer pəncərəsində braziliyalı futbolçu ilə yollarını ayıracaq.
İngiltərə klubları Duqlasın xidmətində maraqlıdır. O, əvvəllər “Aston Villa”da çıxış edib.
26 yaşlı oyunçu ötən yay 50 milyon avro qarşılığında “Yuventus”a keçib. O, İtaliya çempionatının cari mövsümündə 15 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin