“Yuventus” “Barselona”nın sabiq futbolçusu ilə maraqlanır

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Frank Kessye yaxın zamanda yenidən A Seriyasına qayıda bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya “Yuventus” maraq göstərir. Ancaq transferin baş tutmasına Kessyenin maliyyə tələbləri əngəl ola bilər.

O, əvvəllər İtaliya çempionatında “Atalanta” və “Milan” klublarının formasını geyinib. Onun karyerasında “Barselona”da keçirdiyi dövr də yer alır.

Kessye hazırda karyerasını Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button