“Yuventus” “Barselona”nın keçmiş futbolçusu ilə anlaşıb

“Yuventus” daha bir transferə hazırlaşır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Tiaqo Mottanın komandasının sıralarına tezliklə “Nitsa”da çıxış edən müdafiəçi Jan-Kler Todibo qoşula bilər.

Hər iki klub müqavilənin detalları ilə bağlı razılığa gəlib. “Yuventus” növbəti il fransalı futbolçunu 25-28 milyon avroya almaq öhdəliyi ilə 7-10 milyon avroya icarəyə götürmək istəyir.

Jan-Kler Tobido 2021-ci ildə “Barselona”dan “Nitsa”ya keçib. O, artıq “Yuventus”la müqavilənin şərtlərini razılaşdırıb. Belə ki, 24 yaşlı futbolçunun Turin klubu ilə sözləşməsi 2029-cu ilə qədər qüvvədə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button