“Yuventus” argentinalını buraxmaq istəmir

“Yuventus”un yarımmüdafiəçisi Leandro Parades PSJ-yə qayıda bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı futbolçunun komandadan getməsinə razı deyil.

Argentinalı futbolçu icarə müddəti bitdikdən sonra gələcəyi ilə bağlı yekun qərar verəcək.

O, cari mövsümdə “qoca sinyora”nın heyətində 25 oyuna çıxıb.

Transfer hüquqları PSJ-yə məxsus olan Parades 2022-ci ildən “Yuventus”un heyətində icarə əsasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button