“Cenoa”dan “Yuventus”a
İtaliyanın “Cenoa” klubunun müdafiəçisi “Yuventus”a keçməyə yaxındır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Kristian Romero, bu gün “qoca sinyora” üçün tibbi müayinədən keçiriləcək. Bundan sonra argentinalı futbolçu ilə rəsmi müqavilənin imzalanacağı bildirilir.
Turin klubunun Romero üçün “Cenoa”ya 15-20 milyon avro ödəyəcəyi iddia olunur.
2018-ci ildən “Cenoa”nın şərəfini qoruyan Romero, geridə qalan mövsümdə iştirak etdiyi 29 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin