“Yuventus”a görə İtaliyaya yollandı – Argentinalı futbolçu

“Yuventus” heyətinə yeni oyunçu cəlb edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sauthempton”dan Karlos Alkaras Turin klubuna keçəcək. Argentinalı yarımmüdafiəçi tibbi baxış üçün artıq İtaliyaya yollanıb. O, “Yuventus”da mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

22 yaşlı futbolçu bu mövsüm “Sauthempton”da 26 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button