“Yuventus” futbolçusu ilə danışıqları davam etdirir – Yeni müqaviləyə görə

“Yuventus” yarımmüdafiəçi Ueston Makkenni ilə müqaviləni uzatmağa ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun 26 yaşlı oyunçu ilə yeni müqavilə imzalamaqla bağlı danışıqları artıq cari mövsümdə davam etsə də, hələ ki, nəticəsiz qalıb.

“Yuventus” Makkenni ilə danışıqları davam etdirir. Yaxın həftələrdə gələcək anlaşmanın şərtlərini müzakirə etmək üçün yeni görüş keçiriləcək. Onun turinlilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir.

Amerikalı yarımmüdafiəçi cari A Seriyasında 17 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button