
“Yuventus” futbolçusu ilə danışıqları dondurub
“Yuventus” Ueston Makkenni ilə yeni müqavilə üzrə apardığı danışıqları dayandırıb.
Bir ay əvvəl klubun idman direktoru Kristiano Gintoli amerikalı yarımmüdafiəçinin nümayəndələri ilə razılığa gəlmişdi. Müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə Makkenninin maaşının artırılmasını da ehtiva edirdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda danışıqlar dondurulub. Klub rəhbərliyi agentlərə ödəniləcək məbləği çox yüksək hesab etdiyi üçün prosesi dayandırmaq qərarına gəlib.
Makkenninin “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. O, 2024/25 mövsümündə turinlilərin heyətində 44 oyuna çıxaraq, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin