“Yuventus” belçikalı hücumçu transfer edir
“Yuventus” “Leyptsiq”in hücumçusu Luis Opendanı transfer edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 25 yaşlı forvardın icarəyə götürülməsi və sonradan transferinin tam reallaşdırılması ilə bağlı razılıq əldə ediblər.
Turin təmsilçisi Openda üçün əvvəlcə 4 milyon avro icarə haqqı ödəyəcək. Daha sonra isə onun birdəfəlik transferi üçün 47 milyon avro ödəniləcək.
Razılaşmaya əlavə olaraq bonuslar və gələcək satışdan faiz də daxildir.
“Leyptsiq” belçikalı futbolçunu 2023-cü ildə “Lans”dan 40 milyon avroya transfer etmişdi. O, ötən mövsüm Bundesliqada keçirdiyi 33 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



