“Yuventus” Alleqridən qurtula bilmir
“Yuventus” baş məşqçi Massimiliano Alleqrini yüksək kompensasiya məbləğinə görə istefaya göndərmir.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 55 yaşlı italiyalının Turin klubunda məvacibi illik 9 milyon avrodur. Eyni zamanda, onun “qoca sinyora” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir.
Amma “Yuventus” rəhbərliyi Alleqrinin məşqçilər korpusunun tərkibində dəyişiklik edə bilər. Söhbət ilk növbədə futbolçuların fiziki hazırlığına cavabdeh olan məşqçilərdən gedir.
Turin klubu Çempionlar Liqasının startında hər iki matçda məğlub olub – PSJ-yə (1:2) və “Benfika”ya (1:2). Komanda A Seriyasında 6 turdan sonra 10 xal toplayıb və 8-ci yeri tutur.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin