
“Yuventus” Alleqrini qovur?
“Yuventus” Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra baş məşqçi Massimiliano Alleqrini istefaya göndərməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi ən azı 2022-ci il dünya çempionatına qədər 55 yaşlı mütəxəssisi istefaya göndərməyəcək. Fasilə zamanı klub baş məşqçinin fəaliyyətini qiymətləndirəcək.
“Yuventus” qrup mərhələsinin 5-ci turunda “Benfika”ya uduzaraq (3:4), Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şanslarını itirib.
Turin klubunun azarkeşləri isə Alleqrinin istefasını tələb edirlər. Onlar “#AllegriOut” həştəqini sosial şəbəkədə trend ediblər.
“Yuventus” İtaliya çempionatında 11 oyundan sonra 19 xalla səkkizinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin