“Yuventus” alman məşqçi ilə danışığa başlayıb

“Çelsi”nin və PSJ-nin keçmiş baş məşqçisi Tomas Tuxel “Yuventus”un “sükanı arxasına” keçə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi Tuxeli Massimiliano Alleqrinin yerinə əsas namizəd hesab edir. Komandanın son iki mövsümdə avrokuboklarda göstərdiyi performans rəhbərliyi bu barədə düşünməyə vadar edib.

“Qoca sinyora” artıq alman mütəxəssislə əlaqə saxlayıb. 49 yaşlı baş məşqçinin gələn həftə Turinə gələrək “Yuventus”la müqavilə imzalayacağı gözlənilir.

Tuxel sentybr ayında “Çelsi”ni tərk edib. O, həmçinin, PSJ, “Borussiya” (Dortmund) klublarında fəaliyyəti ilə də tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button