
“Yuventus” yeni müqavilə bağlayacaq – 7 aylıq cəzalanan futbolçu ilə
“Yuventus” yarımmüdafiəçi Nikolo Faqioli ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçuya mərc oynadığına görə 7 aylıq diskvalifikasiya ilə bağlı hərtərəfli dəstək göstərir. Turin klubu futbolçunun maaşını da artırmağı planlaşdırır.
Faqioli 2022-ci ildə “Frozinone”dən “Yuventus”a keçib. 22 yaşlı futbolçu bütün turnirlərdə 45 matçda iştirak edib və 3 qol vurub, 6 məhsuldar ötürmə edib. İtaliyalı oyunçunun klubla hazırkı müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin