“Yuventus” 48 saat ərzində onun keçidini açıqlaya bilər

“Milan”ın müdafiəçisi Pyer Kalulu tezliklə “Yuventus”un formasını geyinəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma demək olar ki, yekunlaşıb və yaxın 48 saat ərzində Turin klubu 24 yaşlı futbolçunun transferini tamamlamağa ümid edir.

Əvvəllər “Yuve”nin fransalı futbolçunu almaq şərti ilə icarəyə götürəcəyi bildirilirdi.

Pyer Kalulu 2020-ci ildən “Milan”a məxsusdur. O, bu komandanın heyətində bütün yarışlarda 112 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Milan” son A Seriyasında 2-ci, “Yuventus” isə 3-cü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button