“Yuventus” Bundesliqa klubunun hücumçusu ilə maraqlanır

Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemi Bundesliqanı İtaliya A Seriyasına dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə “Yuventus” maraqlanır.

“Arılar” 23 yaşlı forvard üçün 45 milyon avroluq təklif olsa, onunla ayrılmağa hazırdırlar. Onun “Borussiya” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Adeyemi Almaniya çempionatının cari mövsümündə 12 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Daha əvvəl mətbuat onunla “Arsenal”ın maraqlandığını yazmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button