“Yuventus” 43 illik “ənənə”ni pozdu

“Yuventus” klubu növbəti mövsüm üçün formalarını təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu azarkeşləri çaşqınlığa salaraq, son 43 ildə ilk dəfə üzərində sponsor loqosu olmayan formalarda oynayacaq.

Bu hal sonuncu dəfə 1981-ci ildə baş verib. “Yuventus” son 12 ildə klubun əsas sponsoru olmuş “Jeep” şirkəti ilə əlaqələrin kəsilməsi nəticəsində belə qərara gəlib.

Formalar indi daha romantik görünür, şanlı keçmişin, qeyri-kommersiya dövrlərinin xatirələrini yada salır.

İtaliya çempionatı avqustun 17-də başlayacaq. “Yuventus” ilk turda “Komo” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button