“Yuventus” 41 milyon avroya müdafiəçi aldı – rəsmi

“Yuventus” klubu “Torino”nun müdafiəçisi Qleyson Bremeri transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Turinə gəlib.

“Yuve” bu transferə görə qarşı tərəfə 41 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

Bremer “Torino”nun heyətində 110 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. O, ötən mövsümün sonunda A Seriyasının ən yaxşı müdafiəçisi seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button