“Yuventus” ən yaxşı oyununu göstərmədi” – Pirlo
İtaliya A Seriyasının 15-ci turu çərçivəsində “Udineze”yə 4:1 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Andrea Pirlo oyundan sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, böyükhesablı qələbəyə baxmayaraq, Pirlo, “qoca sinyora”nın oyunundan razı qalmadığını bildirib:
“Oyun çox gərgin başladı. Matça ilk yanaşmamızdan məmnun deyiləm. “Fiorentina”ya məğlubiyyətin (0:3) qorxusunu hiss edirdik. Zaman keçdikcə öz oyunumuzu tapdıq. “Yuventus” ən yaxşı oyununu göstərmədi. Daha qərarlı və aqressiv oynamalıyıq.
Transfer pəncərəsi açılır. Nələr edə biləcəyimizi klub rəhbərliyi ilə müzakirə etdik. Qarşıdakı bir neçə gün içərisində dəyişikliyin olacağına ümid edirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin