Yusuf Yazıcı üçün mövsüm bitdi
Türkiyə millisinin və Moskva ÇSKA-sının futbolçusu Yusuf Yazıcı zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi bir neçə həftə müalicə alacaq.
Müqavilə ilə “Lill”ə məxsus olan Yusuf Rusiya klubunda icarə əsasında oynayır. O, 2017-ci ldən Türkiyə millisinin üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin