“Qorxaq deyiləm ki, ermənidən çəkinim” – azərbaycanlı idmançı

Yusif Fighting Championship (YFC-9) təşkilatının keçirdiyi yarışda qarışıq döyüş növləri (MMA) üzrə azərbaycanlı Gözəl Zutova ilə Ermənistan təmsilçisi Nare Marqarosyan döyüşəcək.

Turnir noyabrın 13-14-də keçiriləcək. İlk dəfə bir azərbaycanlının keçirdiyi beynəlxalq turnirdə erməni idmançı iştirak edəcək.

Bunula bağlı turnirdə erməni döyüşçüylə qarşılaşacaq Gözəl Zutovayla əlaqə saxladıq. Zutova, Komanda.az-a açıqlamasında rəqibi Marqarosyanın onunla döyüşmək istədiyini dedi:

“Turnirdə iştirakla bağlı menecerimə müraciət olundu. Erməni idmançı mənimlə döyüşmək istədi. Bunu menecerlər vasitəsilə mənə bildirdilər. Mən də qorxaq deyiləm ki, ermənidən çəkinim. Buna görə döyüşü qəbul etdim”.

Zutova, erməni rəqibinin nə üçün onunla döyüşmək istəməsinə belə fikir bildirib:

“Mənim reytinqim yüksəkdir. O da öz reytinqinin qalması üçün mənimlə döyüşmək istəyib”.

Yusif Fighting Championship (YFC-9) təşkilatının rəhbəri azərbaycanlı MMA idmançısı Yusif Əliyevdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button