“Yurqorden” rəsmisindən Musa Qurbanlı haqda açıqlama

“Yurqorden” klubunun idman meneceri Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindən ayrılmaq ehtimalı barədə danışıb.

Komanda.az xəbər verir ki, Andersson bu barədə “Aftonbladet” nəşrinə açıqlama verib. O, hücumçunun yayda “Qarabağ”a qayıda biləcəyi ilə bağlı iddialara da münasibət bildirib:

“Hazırda belə planlar yoxdur. Transfer pəncərəsi bağlıdır. Danışıqlar da olmayıb. Amma Azərbaycanda onu izləyən çoxlu media var. Musa ayrılmaq istədiyini deməyib. Yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu oynamasa, məyus olur. Musada da belədir”.

Musa Qurbanlı ötən mövsüm İsveç çempionatında 14 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button