Yurçeviçdən sillə kimi etiraf: “Futbolçularımız oyunun sürəti ilə ayaqlaşa bilmir”
“Milli komandamızın oyununda yüksək ritmlə, templə bağlı problem var. Futbolçularımız oyunun sürəti ilə ayaqlaşa bilmir. Bu da bir tərəfdən başadüşüləndir. Çünki futbolçuların ölkə çempionatında oynadığı templə Avropa arenasında üzləşdikləri sürətli oyun eyni deyil”.
Komanda.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Azərbaycan radiosu”na müsahibəsində deyib. Xorvatiyalı mütəxəssis gələcək oyunlarla da bağlı danışıb:
“Hücumameylli futbol sərgiləməyə çalışacağıq. Amma müdafiəmizdə sayıqlığı itirməməliyik. Əsas isə standart vəziyyətlər üçün çalışmalıyıq. Bu, bizim üçün problemli məsələdir. Macarıstan və Slovakiya ilə oyunlarda isə biz əvvəlki matçlarla müqayisədə 20-30 faiz daha artıq hücum futbolu oynayacağıq”.
Bizi Facebook-da izləyin