Yurçeviç Azərbaycan millisinə “Qəbələ”dən niyə futbolçu çağırmayıb? – AÇIQLAMA

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya və Litva ilə oyunlara “Qəbələ”dən heç bir futbolçu çağırmamasına aydınlıq gətirib.

Komanda.az xəbər verir ki, xorvat mütəxəssis “Azərbaycan radiosu”na açıqlamasında bunu deyib:

“Qəbələ”nin bütün oyunlarını izləyirəm, futbolçuları da tanıyıram. Mənim üçün də ordakı azərbaycanlı futbolçuların hər biri milli komanda üçün namizədlərdəndir. Gələcəkdə onların da bəzilərini milli komandada görəcəksiz. Yaxşı oyunçulardır, sadəcə sabit oyun sərgiləməyiblər”.

Yurçeviç Xorvatiya və Litva ilə oyunlardan sonra futbolçuların hər birinə 5 min manat mükafat verilməsi məsələsinə də toxunub:

“Bu haqda nə deyilməsinə, nə yazılmasına fikir vermirəm. Bu, mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı olan futbolçularımın Xorvatiya və Litvaya qarşı əllərindən gələni etmələridir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button