Yurçeviç Nazarova da dəvət göndərdi
Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin yığmamıza çağırdığı daha bir futbolçu müəyyənləşib.
Komanda.az xəbər verir ki, o, Almaniyanın “Ersgebirge” klubunun yarımmüdafiəçisi Dmitri Nazarovu da Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələsi və Litva ilə yoxlama oyunu üçün milliyə dəvət edib. Bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra isə Bakıda Litva ilə yoxlama matçı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin