Yurçeviç: “Nəticə yaxşı olmasa da, komandamın oyunundan razıyam”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:3 hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları deyib:

  • Öncə Macarıstan millisini təbrik edirəm. Azarkeşlərə dəstək üçün təşəkkür edirəm. İlk 10-15 dəqiqəni həyəcanlı keçirdik. Bu oyunu analiz edəcəyik. Komandamızın oyununu bəyəndim. Futbolçularımızın oyunu qənaətbəxş idi, amma əsas nəticədir. Nəticəyə görə narahatıq. Nəticədən razı deyiləm, amma düşünürəm ki, komanda olaraq daha yaxşısına layiq idik. Standart vəziyyətlərdə zəif təsir bağışladıq. Şansımız gətirsəydi və bəzi epizodlarda daha yaxşı oynasaydıq, nəticə əldə edə bilərdik. Oyun ərzində topa nəzarət bizdə idi.
  • Topa nəzarətin bizdə olduğunu dediniz. Geri ötürmələrin topa nəzarət olduğunu düşünür? Rahil Məmmədovu məcburiyyətdən oynadırdı?
  • Meydanda yaxşı idik, zəif nöqtəmiz standart vəziyyətlər idi. Rahilə gəlincə, bəli, bu gün həyəcanlı idi, amma o, əlindən gələni etdi. Üstəlik, mərkəz müdafiəçisi üçün seçimimiz çox deyil.
  • Hücum xəttində futbolçu seçiminin düzgün olmadığını düşünmürsüz?
  • Düşünmürəm ki, hücum xəttinə seçimi səhv etmişəm. Ola bilər ki, jurnalistlərlə fikirlərimiz fərqlidi. Amma dediyim kimi, komandanın oyunundan razıyam. Məğlubiyyətdə əsas səbəb isə standartlar vəziyyətlərdi.
  • Hər kəs qrupda bizə ən uyğun rəqibin Macarıstan millisi olduğunu düşünürdü. Amma siz olduqca pozitivsiz. Digər məqam isə Dmitri Nazarovun fasilədə əvəzlənməməsi ilə bağlıdır…
  • Oyun haqqında müsbət danışa bilmərəm, çünki nəticə yaşxı deyil. Dmitri və Renat isə birinci hissədə yaxşı çıxış etmədilər, ikinci hissədə isə nisbətən yaxşı oynadılar. Bu futbolçularla bağlı qərarı isə hələ verməmişəm. Nəticə çox vacibdir və bu nəticə yaxşı deyil. Bu oyunu unutmalıyıq.
  • Bu məğlubiyyətdə baş məşqçinin taktiki səhvi varmı? Bir də, Ramil Şeydayev hücuma atmaqla, onun əl-qolunu bağladığınızı düşünürsüz?
  • Şeydayevlə Xorvatiya ilə oyundan əvvəl, həm də məşqlərdə danışmışdıq. Bu mövqedə oynamağı xoşladığını bildirmişdi. Onu bu mövqedə oynatmaqda əsas məqsəd komandanı daha təhlükəli etmək idi.
  • Bizim qrupda hansısa komandanı qabaqlamağa səbəbimiz varmı? Daha yaxşı baş məşqçimiz, daha yaxşı futbolçumuz varmı?
  • Sualı yaxşı başa düşə bilmədim. Futbolda reytinq deyilən bir məqam var. Bu reytinqə əsasən demək olar ki, hansı komandadan xal ala bilərik.
  • AFFA prezidenti Rövnəq Abdullayev bu oyundan əvvəl futbolçularla görüşmüşdü və finala qatılmağın Azərbaycan futbolu üçün nə qədər faydalı olacağını bildirmişdi. Siz necə düşünürsüz? Bu, realdır?
  • Biz hər oyunda əlimizdən gələni edirik. Xorvatiya ilə oyunda buna yaxın idik. Məyusuq. Slovakiya ilə oyunda yaxşı nəticə əldə etsək, yarışda qalmaq üçün şanslarımız olacaq.
  • İndi daha yaxşı tanışsız Azərbaycan futboluyla və futbolçuları daha yaxşı tanıyırsız. Azərbaycan futbolçularında potensial olduğunu düşünürsüz?
  • Bəzi futbolçular var ki, daha çox inkişaf eləməlidilər. Mahir Emreli, Aleksey İsayev kimi futbolçular inkişaf etdikdən sonra onlar Azərbaycan futbolunda reytinqi qaldıracaqlar və bundan sonra daha aşağı reytinqli komandalarla oyunda nəticə əldə etmək olar.
  • Radioda qonaq olduğunuz zaman millinin gənc futbolçularından ibarət siyahı yazmışdız. Amma bu gün həmin futbolçulardan heç birini meydanda görə bilmədik. Səbəb nədir?
  • Renat, Rahil, Mahir kimi futbolçular komandanın əsas gənc futbolçularıdır. Digər komandalarda 4 gənc futbolçu yoxdu. Amma biz gün 4 futbolçunu əsas heyətdə oynatdıq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button