Yurçeviç Bakıda! – Oyunları izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.
Komanda.az xəbər verir ki, AFFA ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.
Məlumatı AFFA yayıb.
Karyerası ərzində Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdıran Yurçeviçin son iş yeri Zaqreb “Dinamo”su olub. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.
Qurban Qurbanovun Azərbaycan millisinin “sükanı arxasından” göndərilməsindən sonra baş məşqçi postu boş qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin