“Kim bilir, Ronaldo Dağıstanda doğulsaydı, UFC çempionu da olardı”
Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov uşaqlıqda futbolçu olmaq istəyib.
Komanda.az xəbər verir ki, bu barədə o, “instagram” hesabında etdiyi paylaşımda qeyd edib. Həbib hər zaman futbolçu olmaq arzusunda olduğunu bildirib:
“Uşaqlıqdan futbolu sevirəm və hər zaman futbolçu olmağı arzulayırdım. Lakin Dağıstanda anadan olmuşam və burda əsas üstünlüyün nədə olduğunu bilirsiz. Kim bilir, Kriştiano Ronaldo Dağıstanda doğulsaydı, UFC çempionu da olardı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin