Yunanlar yenə Əliyar Ağayevi seçdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən dəvət alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası “Olimpiakos” və AEK komandaları arasındakı matçı idarə edəcəklər.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Qarşılaşma martın 1-də keçirilməli idi. Oyun Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt oyuna təyinat almışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button