Yunanlar yenə Əliyar Ağayevi seçdi

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı referi Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, “Panatinaikos”la “Aris” arasında keçiriləcək çempionluq qrupu matçını idarə edəcək.

Oyun mayın 1-də, Afinada keçiriləcək.

Ağayevə bu matçda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Əliyar Ağayev üçüncü dəfə “Panatinaikos”un oyununda hakimlik edəcək. O, 2020-ci və 2021-ci ildə bu komandanın PAOK-la oyunlarında söz sahibi olub.Ağayev sonuncu dəfə bu ayın 3-də keçirilən “Olimpiakos” – AEK (1:1) oyununu idarə edib.

Bizi Telegramda da izləyin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button