Kaqava ilə yollar ayrıldı
Yunanıstanın PAOK klubu futbolçusu Şindzi Kaqava ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kaqava bu ilin yanvarından PAOK-da çıxış edirdi. O, bu komanda ilə cəmi 4 oyuna çıxıb.
Yaponiya millisinin də üzvü olan Kaqava karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş” kimi klublarda da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin