“Olimpiakos”un baş məşqçisi: “Neftçi”ni yaxşı tanıyırıq”

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins “Aris”ə qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini bildirib.

Komanda.az “sport-fm.gr” saytına istinadən xəbər verir ki, Martins, “Neftçi” ilə oyunlar haqda da danışıb:

“Oyundan razıyam, hələ məqsədimizə çatmamışıq. Çox iş görməliyik. Bir həftə içində daha yaxşı olacağıq.

Qarşıda işlərimiz çoxdur. “Neftçi”ni yaxşı tanıyırıq və düzgün hazırlaşacağıq. Bu komandaya qarşı daha ciddi olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button