Semedo saxlanıldı – 17 yaşlı qıza təcavüzdə ittiham olunur
Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ruben Semedo saxlanılıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı müdafiəçi 17 yaşlı qıza təcavüz etməkdə ittiham olunur. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Yeniyetmə qız anası ilə birlikdə polisə müraciət edərək, barda tanış olduğu futbolçunun ona təcavüz etdiyini bildirib. 27 yaşlı futbolçunun gənc qızı evinə apararaq ona təcavüz etdiyi qeyd olunub. Semedonun spirtli içkinin təsiri altında bu hərəkəti etdiyi bildirilir. Müdafiəçi polis nəzarətindədir.
Semedo daha əvvəl soyğunçuluqda, qanunsuz silah saxlamaqda ittiham olunmuş və 5 min avro cərimələnmişdi. Bununla yanaşı, onun İspaniyaya girişinə 8 illik qadağa qoyulub.
Semedo daha əvvəl İspaniyada “Vilyarreal”, “Hueska”, İngiltərədə “Vulverhempton” kimi klublarda çıxış edib.
Bizi Facebook-da izləyin